Anar Qədirli: “Yaxın günlərdə səhiyyə sistemində yeni vəzifənin icrasına başlayacam”

Anar Qədirli: “Yaxın günlərdə səhiyyə sistemində yeni vəzifənin icrasına başlayacam”

“Öz xahişim və ərizəmlə işdən azad olunmuşam”. Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad olunan Anar Qədirli deyib. Anar Qədirli, bir müddət öncə başqa bir vəzifə ilə bağlı təklif aldığını açıqlayıb: “Həmin təklifi dəyərləndirdim. Hazırda nazirliyin mətbuat xidmətinin rəhbəri vəzifəsi ilə bağlı işlərin təhvil-təslimi gedir. Yaxın günlərdə səhiyyə sistemində yeni vəzifənin icrasına başlayacağam. Yeni vəzifəmin nədən ibarət olacağı haqda 2-3 gün ərzində məlumat veriləcək”.

O, həmçinin bundan sonra Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edəcək Liya Bayramovanın bu vaxta kimi “Zerkalo” qəzetində şöbə müdiri çalışdığını açıqlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1571 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...