Seçkiyə bu tarixdə yekun vurulacaq – MSK katibi təkrar seçkilərdən danışdı

Seçkiyə bu tarixdə yekun vurulacaq –

“Mərkəzi Seçki Komissiyası (MSK) bu həftə Milli Məclisə keçirilən seçkilərlə bağlı prosesə yekun vurmağa çalışacaq”.

Bunu Cebhe.info-ya MSK katibi Mikayıl Rəhimov deyib.

Onun sözlərinə görə, Seçki Məcəlləsinin 171.2-ci maddəsinə əsasən seçkidən 20 gün sonra seçkilərin nəticələri yoxlanmalı və yekun vurulmalıdır:

“Yəqin ki, bu həftənin sonuna kimi çalışacağıq ki, yekunlaşdıraq”.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələri ləğv edilib.

80 saylı İmişli-Beyləqan Seçki Dairəsi - lider namizəd Çingiz Qənizadə, 74 saylı Lənkəran Kənd Seçki Dairəsi - lider namizəd Hadı Rəcəbli, 35 saylı Xətai Üçüncü Seçki Dairəsi - lider namizəd Rauf Arifoğlu, 33 saylı Xətai Birinci Seçki Dairəsi - lider namizəd Hüseynbala Mirələmov.

Nəticələri ləğv edilmiş dairələrdə təkrar seçkilərin keçirilməsinə gəlincə, MSK katibi əlavə edib ki, bunun üçün əlavə vaxt müəyyənləşəcək:

“Bilirsiz ki, vaxtı Mərkəzi Seçki Komissiyası müəyyənləşdirmir. Prezidentin təyinatı ilə seçkilərin vaxtı bilinəcək”.

Qeyd edək ki, MSK seçkilərin ümumi yekunları haqqında protokol tərtib edildikdən sonra 24 saat müddətində seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim etməlidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
528 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...