Parlament seçkilərinin ən qalmaqallı və şəffaf DAİRƏLƏRİ - SİYAHI

Parlament seçkilərinin ən qalmaqallı və şəffaf DAİRƏLƏRİ -

Mərkəzi Seçki Komissiyası (MSK) ötən günkü iclası ilə fevralın 9-da Milli Məclisə keçirilən seçkilərə yekun vurdu.

Beləliklə, seçkilərin ümumi yekunlarına dair protokolu tərtib edilib, təsdiqlənərək Konstitusiya Məhkəməsinə göndərildi.

Modern.az xəbər verir ki, son iclasda 87 məntəqə seçki komissiyası buraxılıb. İndiyə qədər keçirilən iclaslarda dairələr üzrə ləğv edilən məntəqələrin sayı isə 328 olub.

MSK-nın yekun protokoluna görə, respublika üzrə 125 seçki dairəsindən dördünün nəticələri ləğv edilib. Bu dairələr 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd, 80 saylı İmişli-Beyləqan seçki dairələridir.

Məntəqələrin ləğv edilmə sayına görə isə ilk pillədə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsidir. Bu dairədən ümumilikdə 13 seçki məntəqəsi ləğv edilib.

12 saylı Qaradağ-Binəqədi-Yasamal və 60 saylı Salyan-Neftçala seçki dairələrinin hər biri üzrə isə 11 seçki məntəqəsi ləğv edilib.

Bundan əlavə, 19 saylı Nərimanov birinci seçki dairəsinin 10, 50 saylı Abşeron-Qobustan seçki dairəsinin isə 9 seçki məntəqəsinin nəticələri etibarsız sayılıb.

1 saylı Şərur-Sədərək, 2 saylı Şərur, 3 saylı Babək-Kəngərli-Naxçıvan, 4 saylı Naxçıvan şəhər, 5 saylı Şahbuz-Babək, 6 saylı Culfa-Babək, 7 saylı Ordubad-Culfa, 13 saylı Xəzər birinci, 14 saylı Xəzər ikinci, 16 saylı Yasamal ikinci, 17 saylı Yasamal üçüncü, 20 saylı Nərimanov ikinci, 21 saylı Nəsimi birinci, 24 saylı Nizami birinci, 26 saylı Sabunçu birinci, 28 saylı Sabunçu üçüncü, 36 saylı Xətai dördüncü, 37 saylı Nizami birinci (Gəncə) • 38 saylı Nizami ikinci (Gəncə), 39 saylı Kəpəz birinci (Gəncə), 41 saylı Sumqayıt birinci, 43 saylı Sumqayıt üçüncü, 44 saylı Sumqayıt-Abşeron, 45 saylı Abşeron, 46 saylı Şirvan, 49 saylı Yevlax-Mingəçevir, 51 saylı Qusar, 52 saylı Quba, 53 saylı Quba-Qusar, 55 saylı Xaçmaz şəhər, 56 saylı Xaçmaz, 58 saylı Hacıqabul-Kürdəmir, 59 saylı Salyan, 61 saylı Neftçala, 62 saylı Saatlı, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir, 66 saylı Biləsuvar, 68 saylı Cəlilabad kənd, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 70 saylı Masallı şəhər, 72 saylı Yardımlı-Masallı, 73 saylı Lənkəran şəhər,75 saylı Lənkəran-Masallı, 76 saylı Lənkəran-Astara, 77 saylı Astara, 78 saylı Lerik, 84 saylı Füzuli, 85 saylı Şamaxı, 86 saylı İsmayıllı, 87 saylı Ağsu-İsmayıllı, 92 saylı Zərdab-Ucar, 93 saylı Bərdə şəhər, 95 saylı Tərtər, 96 saylı Goranboy-Naftalan, 97 saylı Goranboy-Ağdam-Tərtər, 98 saylı Şəmkir şəhər, 99 saylı Şəmkir kənd, 100 saylı Şəmkir-Daşkəsən, 102 saylı Samux-Şəmkir, 103 saylı Gədəbəy, 104 saylı Gədəbəy-Tovuz, 105 saylı Tovuz, 109 saylı Balakən, 113 saylı Şəki şəhər, 114 saylı Şəki kənd birinci, 115 saylı Şəki kənd ikinci, 116 saylı Qəbələ, 119 saylı Ağdam kənd, 121 saylı Laçın və 122 saylı Xankəndi seçki dairələrində isə seçkilərin şəffaflığı təsdiqlənib. Belə ki, həmin dairələrdən heç bir seçki məntəqəsinin nəticələri etibarsız hesab edilməyib.

Qeyd edək ki, Milli Məclisə seçkilərdə seçici siyahılarına daxil edilmiş seçicilərin ümumi sayı 5 359 015 nəfər olub. Onlardan 2 510 135 nəfəri səsvermədə iştirak edib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
56 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...