Lukaşenkodan sonra Kərimov da Moskvaya getməkdən imtina etdi
Özbəkistan prezidenti İslam Kərimov 9 may Qələbənin 70 illiyi münasibətilə Moskvada keçiriləcək mərasimlərə qatılmaqdan imtina edib.
GUNDEMİNFO.AZ Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı adının açıqlanmasını istəməyən Özbəkistan rəsmisinə istinadən məlumat yayıb.
Rəsmi şəxs deyib ki, Özbəkistanın özündə bu hadisə geniş qeyd olunur və prezident İslam Kərimov həmin gün Daşkənddə bir sıra mərasimlərə qatılacaq.
“Dövlət başçısı Qələbə günü ilə bağlı keçirilən bir sıra tədbirlərdə fəal iştirak edəcək”- deyə mənbə bildirib.
Hələlik Kərimovun Moskvaya getməkdən imtina etməsinə dair rəsmi şərh verilməyib. Bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko da analoji səbəblə Moskvaya getməkdən imtina etmişdi. Habelə bir sıra Qərb ölkələrinin liderləri də Rusiyanın dəvətini qəbul etməyiblər.
Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey İvanovun bildirdiyinə görə, hələlik 25 ölkənin başçısı Moskvaya gələcəyini təsdiqləyib. Bunların arasında Azərbaycan və Ermənistan prezidentləri də var.
1484 dəfə oxundu