Kreml Belarusda “Vaqner” döyüşçülərinin saxlanılmasına münasibət bildirib

Kreml Belarusda “Vaqner” döyüşçülərinin saxlanılmasına münasibət bildirib


“Moskva Belarusda Rusiya vətəndaşlarının saxlanılması ilə bağlı tam məlumata malik deyil”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Kremlin sözçüsü Belarusda saxlanılan döyüşçülərin Ukrayna vətəndaşlığının olmasına da münasibət bildirib.

“Biz onların Ukrayna vətəndaşlığını tanımırıq. Onlar Rusiya vətəndaşlarıdırlar”, - deyə D. Peskov vurğulayıb.

Qeyd edək ki, dünən Belarusda Rusiyanın “Vaqner” özəl hərbi qurumunun 32 döyüşçüsünün saxlanılması ilə bağlı məlumat yayılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
635 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...