Başçı deputatları rayona çağırdı: Fazil Mustafa səhv edir

Başçı deputatları rayona çağırdı:
Millət vəkili Fazil Mustafanın Göyçay RİH barədə səsləndirdiyi iddiadan sonra icra başçısı Mehdi Səlimzadə Göyçaydan seçilmiş deputatları rayona dəvət edib.

Göyçay Rayon İcra Hakimiyyətindən Axar.az-a verilən məlumata görə, sözügedən əraziyə deputatlarla birgə baxış keçirilən zaman Göyçay çayının mühafizə zolağının həqiqətən də zəbt olunduğu müəyyənləşib:

“Fazil Mustafa tərəfindən məsələ ictimailəşdirildikdən sonra rayon icra başçısı Mehdi Səlimzadə Göyçay rayonundan seçilmiş deputatları – 88 saylı Göyçay seçki dairəsi üzrə Milli Məclisin deputatı Sabir Hacıyev və 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyevi rayona dəvət edib. Avqustun 10-da Milli Məclisin deputatları rayonda olub və ictimaiyyət nümayəndələri ilə karantin rejiminin qaydalarına əməl etməklə sözügedən əraziyə baxış keçiriblər. Qarşı tərəfin nümayəndələri dəvət olunsa da, əraziyə gəlməyiblər. Rayondan seçilən deputatlar ərazidə olarkən həqiqətən də ərazinin Göyçay çayının mühafizə zolağına düşdüyünə əmin olublar. Zəbt olunan ərazinin boşaldılmasının vacib olduğu bildirilib. Tez və operativ şəkildə şəhərin baş planına uyğun olaraq ekoloji cəhətdən təmiz və gözəl təbiətə malik, sakinlərin istirahətini təmin etmək məqsədi daşıyan şəhər parkının salınması yüksək qiymətləndirilib. Bu məsələ ilə əlaqədar kömək göstərilməsi məqsədilə aidiyyəti orqanlara müraciət ediləcəyi vurğulanıb”.

Həmçinin o da bildirilib ki, haqqında bəhs edilən torpaq sahəsi Məhluqə Xəlilovaya yox, onun yaxın qohumu, Şamaxıdan deputat olmuş Elxan Süleymanova məxsusdur.

Qeyd edək ki, millət vəkili Fazil Mustafa Göyçay icra başçısının rayonda qanunsuz əməllərini davam etdirdiyini və sahibkar Məhluqə Xəlilovaya məxsus torpaq sahəsini ələ keçirmək istədiyini deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
612 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...