Mirmahmud Mirəlioğlunun partiyasındakı dövlət bayrağı yenə oğurlandı

Mirmahmud Mirəlioğlunun partiyasındakı dövlət bayrağı yenə oğurlandı

Mayın 6-dan 7-nə keçən gecə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) mərkəzi qərargahının üzərindəki dövlət bayrağı və bayrağın yerləşdirildiyi lövhə oğurlanıb.

Bu barədə musavat.com-a KXCP sədrinin müavini Xəzər Teyyublu məlumat verib.

Onun dediyinə görə, mayın 7-də səhər saatlarında qərargaha gələrkən bayrağın və lövhənin yerində olmadığını görüb və dərhal polisə müraciət edib: "Hazırda polis əməkdaşları hadisə yerindədir, təhqiqat işləri aparırlar".

X.Teyyublu deyib ki, artıq üçüncü dəfədir belə bir hadisə ilə üzləşirlər. Amma bunu kimin etdiyini müəyyənləşdirmək hələ də mümkün olmayıb.

X.Teyyublu onu da vurğulayıb ki, bayrağın qərargahın önündən götürülməsini dövlət bayrağımıza və KXCP-yə qarşı təxribat, hörmətsizlik hesab edirlər.

Xatırladaq ki, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğludur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1612 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...