"Azərbaycan-Türkiyə hərbi əlaqələri yüksək səviyyədədir" - Xələf Xələfov

"Azərbaycan-Türkiyə hərbi əlaqələri yüksək səviyyədədir" -
“Bu gün Azərbaycan-Türkiyə münasibətləri çox böyük əhəmiyyət kəsb etməkdədir”.

“Report” xəbər verir ki, bunu “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” mövzusunda keçirilən vebinarda Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

Onun sözlərinə görə, ikitərəfli əlaqələrin davamlı, sabit və uzunmüddətli olmasında iki ölkənin prezidentlərinin müstəsna rolu var: “Türkiyənin Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü müdafiə etməsini yüksək qiymətləndiririk. Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə əlaqələrin daha da möhkəmləndirilməsi rəsmi Bakının xarici siyasətinin əsas istiqamətini təşkil edir”.

X.Xələfov vurğulayıb ki, Azərbaycan Türkiyə əlaqələri hərbi sahədə də ən yüksək səviyyədədir.

Onun sözlərinə görə, hər iki ölkə arasındakı sazişə uyğun olaraq hər iki ölkənin Silahlı Qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir: “Bu da hər iki ölkənin Silhalı Qüvvələrinin inkişafına öz töhfəsini verir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
426 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...