İsrailin keçmiş xarici işlər naziri də Azərbaycanda parlament seçkilərini müşahidə edəcək

İsrailin keçmiş xarici işlər naziri də Azərbaycanda parlament seçkilərini müşahidə edəcək


Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün İsraildən gələn nümayəndə heyətinin tərkibində İsrailin keçmiş xarici işlər naziri, “Naş dom- İsrail” partiyasının lideri Aviqdor Liberman da var. APA-nın “Seçki-2015”ə istinadən verdiyi məlumata görə, bu barədə “AZİZ” İsrail- Azərbaycan Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak məlumat verib.

Onun sözlərinə görə, İsrail nümayəndə heyəti oktyabrın 30-da Bakıya gələcək.Nümayəndə heyətinin tərkibinə 4 nəfər- İsrailin keçmiş xarici işlər naziri, “Naş dom- İsrail” partiyasının lideri Aviqdor Liberman, keçmiş nazir Sofa Landver, İsrail parlamentinin üzvü Konstantin Razbozov, İsrailin ABŞ-dakı keçmiş səfiri Maykl Oren daxildir.

Qeyd edək ki, noyabrın 2-də İsrail nümayəndə heyəti seçki müşahidələrinin nəticəsi ilə bağlı mətbuat konfransı keçirməyi də planlaşdırır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
996 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...