Azərbaycanlı Kamran Balayev Londonun meri olmaq istəyir

Azərbaycanlı Kamran Balayev Londonun meri olmaq istəyir

Azərbaycanlı Kamran Balayev (Kam Balayev) London meri postuna namizəddir.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Böyük Britaniyada yaşayan və çalışan beynəlxalq səviyyəli vəkil K.Balayevin namizədliyi mərkəzçi “Renew” partiyasından irəli sürülüb.

Kamran Balayev, Kembric Universitetinin və London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) məzunudur. Eyni zamanda BMT-nin bəyannamələri çərçivəsində insan haqlarının qorunması məsələləri ilə məşğul olan “Sərhədsiz Hüquqşünaslar” təşkilatının qurucusudur.

Qeyd edək ki, Londonda mer seçkiləri 2021-ci ildə keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
544 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...