Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü - FOTO

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü -
Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində həmkarı David Zalkaliani ilə görüşüb.

Bu barədə Zalkalianinin tvitter hesabında fotolar paylaşılıb.

“Uzun müddətdir davam edən əməkdaşlıq əlaqələrimizi davam etdirməyi səbirsizliklə gözləyir və Xarici İşlər Naziri olduğumuz müddətdə dostluq və tərəfdaşlıq münasibətlərimizin inkişafına əhəmiyyətli töhfə verə biləcəyimizə ümid edirəm”, - deyə paylaşımda bildirilib.

Məlumata görə, Xarici İşlər Nazirliyində baş tutan görüşdən sonra mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, nazir C. Bayramovun Gürcüstana rəsmi səfəri bu gün başa çatacaq.



Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
459 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...