Ermənilərin Xankəndidən qovduğu ruslar da geri qayıdacaq

Ermənilərin Xankəndidən qovduğu ruslar da geri qayıdacaq
Ermənistanın Xankəndini işğal etməsi nəticəsində oradan yalnız azərbaycanlılar deyil, ruslar və digər millətlərin nümayəndələri də məcburi köçkün edilmişdi.

Məsələ ilə bağlı Modern.az saytına danışan Milli Məclisin deputatı, Azərbaycan-Rus icmasının rəhbəri Mixael Zabelin bildirib ki, gələcəkdə əvvəlki kimi Xankəndində ruslar da yaşaya bilər. Bununla bağlı heç bir problem yoxdur.

Deputat qeyd edib ki, amma bu, məcburi xarakter daşımayacaq:

“Kim istəsə, gedib əvvəl yaşadığı Xankəndində yaşayacaq. Bu məcburi yox, könüllülük prinsipi əsasında mümkün olacaq. Hər kəsin öz evinə dönmək hüququ var. Bunu onlardan kimsə ala bilməz”.

Mixael Zabelin Xankəndinə rusların yerləşdirilməsi ilə bağlı xüsusi müraciət hazırlamağa gərək olmadığını da qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
543 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...