"Şirkətlərimiz işğaldan azad olunan ərazilərdə işə başlamağa hazırdır" - Cavad Zərif

"Şirkətlərimiz işğaldan azad olunan ərazilərdə işə başlamağa hazırdır" -
"Energetika, yenidənqurma və geri dönəcək əhalinin yaşayışı üçün vasitə ola biləcək kənd təsərrüfatı kimi sahələr bizim üçün prioritet təşkil edir və şirkətlərimiz işə başlamağa hazırdır".

Gundeminfo.az xəbər verir ki, bunu İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif yanvarın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

"Zati-aliniz tərəfindən qeyd edilən layihələrə gəldikdə, bildirmək istəyirəm ki, biz Sizin rəhbərliyiniz altında bu günə qədər həyata keçirdiyimiz səfərlər, o cümlədən ölkənizin Baş nazirinin müavini və xarici işlər nazirinin İrana olduqca uğurlu səfərlərini yüksək qiymətləndiririk. Biz Şimal-Cənub və Cənub-Qərb dəhlizləri çərçivəsində həmin sahələr üzrə işləmək arzusundayıq. Buraya elektrik enerjisinin istehsalı, energetika, “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları ilə bağlı əməkdaşlıq və digər məsələlər də aiddir. Çox şadıq ki, rəsmilərinizin İrana səfərləri zamanı bu layihələr üzrə surətli irəliləyiş əldə olunmuşdur və artıq biz ölkələrimiz arasında daha uzun birgə dostluq sərhədinə sahib ola bilərik", - XİN başçısı vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
469 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...