ABŞ Tehran və Bağdad arasında nifaq salmaq istəyir - Cavad Zərif

ABŞ Tehran və Bağdad arasında nifaq salmaq istəyir -

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif iraqlı həmkarı Fuad Hüseynlə danışıqlar zamanı ABŞ Hərbi Hava Qüvvələrinin Suriyadakı obyektlərə aviazərbələr endirməsini qınayıb.

TASS agentliyi bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib.

C.Zərif ABŞ-ın hücumunu Suriyanın ərazi bütövlüyünün pozulması kimi qiymətləndirib.

İranlı diplomat həmçinin bildirib ki, ABŞ-ın İraq ərazisinə də hücumları şübhələrə əsas yaradır və bu hücumların məqsədi Tehran və Bağdad münasibətlərində nifaq yaratmaq ola bilər.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
516 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...