“İrakli Qaribaşvili vədinə əməl etsə, şəhərdə çılpaq gəzəcəyəm” - Gürcü biznesmen

“İrakli Qaribaşvili vədinə əməl etsə, şəhərdə çılpaq gəzəcəyəm” -

“Gürcüstanın Baş naziri İrakli Qaribaşvili vədinə əməl etsə, Rustaveli prospektində çılpaq gəzəcəyəm”.

Gundeminfo.az xəbər verir ki, bunu ölkənin Beynəlxalq Ticarət Palatasının sədri Fadi Asli öz feysbuk hesabında yazıb.

İ.Qaribaşvili dekabrın 6-sı hökumətin iclasında bildirib ki, gələn il ölkə iqtisadiyyatının ümumi həcmi 65 milyard lari təşkil edəcək. Onun sözlərinə görə, bu isə o deməkdir ki, adambaşına düşən ÜDM (Ümumi Daxili Məhsul) 5,5 min dolları keçəcək ki, bu da tarixi maksimum olacaq.

“2013-2020-ci illərdə adambaşına düşən ÜDM-nin artımı dollarla sıfır faiz idi, indi isə cəmi bir ildən sonra baş nazir onu 15%-ə yüksəltmək fikrindədir? 2022-ci ildə adambaşına düşən ÜDM 5500 dollara çatsa, söz verirəm ki, Rustaveli prospektində çılpaq gəzəcəm”, – deyə Asli bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
966 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...