Zelenski: "Biz hamısını qaytarmaq istəyirik, Rusiya heç nəyi geri vermək istəmir"

Zelenski: "Biz hamısını qaytarmaq istəyirik, Rusiya heç nəyi geri vermək istəmir"
“Mən ilk gündən müharibədə qələbə qazanacağımıza əmin idim”. “Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski andiçməsinin 3-cü illiyi ilə bağlı xanımı Yelena Zelenskaya ilə birgə müsahibəsində bildirib.

Ukrayna Prezidenti qeyd edib ki, qələbə çətin olacaq və çox qan töküləcək. O, tərəflərin tələblərindən bəhs edərək deyib:

“Biz hamısını qaytarmaq istəyirik, Rusiya isə heç nəyi geri vermək istəmir. Müharibənin sonu diplomatik olacaq”.

Volodimir Zelenski qeyd edib ki, ukraynalılara hörmətinin dəyişməməsindən daha çox qürur duyur:

“Mən insanlarımıza inanmışam. Bu müharibə başlıcası bütün dünyaya sübut etdi ki, bizim belə insanlarımız var”.

Müsahibədə iştirak edən Yelena Zelenskaya həyat yoldaşı (Prezident) ilə müharibə başlayandan iki ay yarım müddətində görüşmədiklərini vurğulayıb: “Rusiyanın irimiqyaslı hərbi əməliyyatı başlayandan sonra biz bir neçə ay yalnız telefonla əlaqə saxlamışıq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1562 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...