“Rusiyaya Zəngəzur dəhlizinin açılması faydalıdır” - Sergey Markov

“Rusiyaya Zəngəzur dəhlizinin açılması faydalıdır” -
“Zəngəzur dəhlizinin açılması nəqliyyat axınının intensivliyini xeyli artıracaq. Bu, Rusiya üçün də çox faydalıdır. Çünki onun açılması nəticəsində Türkiyə ilə Rusiya bir-biri ilə Azərbaycan - Zəngəzur dəhlizi vasitəsilə əlaqə yaradacaq”.

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib.

Rusiyalı politoloq regionda beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasından sonra bölgədə vəziyyətin necə dəyişəcəyindən də danışıb: “Şimal-Cənub” və “Qərb-Şərq” nəqliyyat dəhlizlərinin inkişafı qlobal iqtisadiyyatın Xəzər regionu ilə bağlılığını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Eyni zamanda bu, Azərbaycana tranzit ölkə kimi yüksək gəlir əldə etməyə imkan verəcək”.

O həmçinin bildirib ki, bu, Azərbaycanın dünya miqyasında belə böyük layihələrin həyata keçirilməsində lider olan ölkə kimi statusunu yüksəldəcək.

Politoloqun sözlərinə görə, Xəzər regionunda əməkdaşlıq digər dövlətlər üçün nümunədir: “Bütün bu ölkələr bir-birinin milli suverenliyinə hörmət etdiyini göstərir. Üstəlik, onlar bir-biri ilə sıx əməkdaşlığın tərəfdarıdır”.

S.Markov Azərbaycanın Xəzər regionundakı bütün ölkələrlə yaxşı münasibətlərinin olduğunu vurğulayıb.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
201 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...