“1,4 milyarddan çox çinliyə düşmən olmağın sonu heç də yaxşı bitməyəcək” Çindən ABŞ-a xəbərdarlıq

“1,4 milyarddan çox çinliyə düşmən olmağın sonu heç də yaxşı bitməyəcək”

Vaşinqton ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin adaya səfəri nəticəsində Tayvan boğazında yaranmış gərginlikdən regionda hərbi mövcudluğunu artırmaq üçün istifadə edə bilər.

Bu barədə Çinin xarici işlər naziri Van İ jurnalistlərə bildirib.

“ABŞ bu problemdən istifadə edə və hərbi gücünü artıra və daha ciddi bir böhran yaratmağa cəhd edə bilər deyə, biz ayıq-sayıq davranırıq”, - nazir qeyd edib.

Onun sözlərinə görə, ABŞ-ın Tayvan məsələsində xəyanəti və qəsdən təxribatı Pekin və dünya ictimaiyyəti tərəfindən onlara olan etimadı daha da sarsıda bilər.

“1,4 milyarddan çox çinliyə düşmən olmağın sonu heç vaxt yaxşı nəticələnməyəcək”, - deyə Çinin XİN rəhbəri vurğulayıb.

Van İ əlavə edib ki, başqa ölkələrdəki bir sıra siyasətçilər adanın müstəqilliyinin tərəfdarıdırlar və ABŞ-dan nümunə götürə bilərlər. Diplomat xəbərdarlıq edib ki, bu dövlətlərin hakimiyyət orqanları “vəziyyəti səhv qiymətləndirirlər” və bu, onların Çinlə münasibətlərinin pozulmasına gətirib çıxara bilər.

Mənbə: İnterfaks

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
220 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...