“Zəngəzur dəhlizini verməsələr, Laçın dəhlizini bağlayacağıq” - Başqa yolu YOXDUR!

GUNDEMİNFO.AZ xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.
A.Abbas qeyd edib ki, Azərbaycan hücum etmək deyil, sülh istəyir: “Layiqli cavablarını veririk. Onlar Zəngəzur dəhlizini verməsələr, biz də Laçın dəhlizini bağlayacağıq. Vəssəlam! Ondan sonra görək nə edəcəklər, hardan nəfəs alacaqlar?”
“Bir aydır hər gün ermənilər iri çaplı plemyotlardan, silahlardan postlarımıza, bölüklərimizə atəş açır. Bundan başqa, Qarabağda sülhməramlılar olan ərazilərdən də bizi atəşə tuturlar. Bilinirdi ki, nəsə olacaq. Müdafiə Nazirliyi, yəqin, bu haqda məlumatlı olub. Müdafiəni daha düzgün təşkil etməli idilər. Onlara məsləhət verə bilmərəm, ordakılar generallardır” - deputat bildirib.
670 dəfə oxundu