"NATO və dost olmayan ölkələrlə qarşı-qarşıyayıq" - Peskov

"NATO və dost olmayan ölkələrlə qarşı-qarşıyayıq" -
Qismən səfərbərlik elan etmək qərarı Ukraynada Rusiyanın bütün NATO-nun və bir sıra digər qeyri-dost ölkələrin hərbi potensialı ilə üz-üzə qalması ilə əlaqədar qəbul edilib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Prezident Putin çıxışında xüsusi hərbi əməliyyat zamanı şərtlərin necə dəyişdiyindən danışıb. Məhz prezident deyib ki, əslində biz hazırda NATO-nun və bizə dost olmayan bir sıra digər ölkələrin hərbi potensialı ilə üz-üzəyik", - deyə Kremlin sözçüsü vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
433 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...