Son sutkada 13 yeni yoluxma faktı qeydə alınıb

Son sutkada 13 yeni yoluxma faktı qeydə alınıb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 13 yeni yoluxma faktı qeydə alınıb, 20 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan GUNDEMİNFO.AZ-a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 824 245 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 996 nəfər müalicə olunaraq sağalıb, hazırda 273 aktiv xəstə var. Bu günə qədər 9 976 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 652, bu günə qədər isə ümumilikdə 7 371 423 test icra olunub.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
121 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...