Ağdaş məktəbində müəllimin seksual zorakılığı ilə bağlı DİREKTORDAN AÇIQLAMA

Ağdaş məktəbində müəllimin seksual zorakılığı ilə bağlı
Məktəbli qızlara qarşı seksual hərəkətlər törədən daha bir müəllim olayı gündəmə gəlib. Belə ki, bu dəfə Ağdaş rayonu, Bəkir Nəbiyev adına 3 saylı orta məktəbin idman müəllimi Anar Şahmuradov vəzifəsindən sui-istifadə edərək məktəbli qızı seksual qısnamaya məruz qoyduğu iddia olunur.

Bizim.Media olaraq məsələni aydınlaşdırmaq üçün sözügedən məktəblə əlaqə saxladıq. Məktəbin direktoru Ələs Novruzov açıqlamasında bir sıra məqamlara toxunub.

Onun sözlərinə görə, Anar Şahmuradovun adının bu mövzuda hallandırılması, həmin şagirdin valideyni ilə bağlıdır:

“Anar Şahmuradov 16 ildir ki, bu məktəbdə idman müəllim kimi çalışır. Sözügedən hadisələr baş verməyib. Bu məsələni qaldıran həmin məktəblinin anası Şəbnəm xanımın illər öncə Anar Şahmuradovla yaxın münasibətləri olub. Anar müəllim qızlardan ibarət voleybol komandasını hazırlayanda həmin xanımın qızı da komandanın üzvü olub.

Anası iddia qaldırır ki, qızı 6-cı sinifdə oxuyarkən (hazırda 9-cu sinifdə təhsil alır) müəllim onu öpüb. Mən hər iki şəxsi də çağırıb izahatlarını almışam Anar Şahmuradov həmin ittihamları birmənalı olaraq təkzib edib”.

Direktor adıçəkilən digər məktəbliyə də seksual qısnamaların olmadığını qeyd edərək hazırda deyilən iddialarla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmaların aparıldığını bildirib:

“Bundan başqa 11-ci sinifdə təhsil alan digər məktəbli qıza qarşı da Anar Şahmuradov tərəfindən həmin hərəkətlər olduğu bildirilirdi. Araşdırma zamanı bu şagird isə öz izahatında belə bir halın baş vermədiyini bildirib.

Amma sözügedən ana və qız izahatlarında zorakılıq faktını israrla qaldırırlar. Hazırda faktla bağlı hüquq mühafizə orqanları - Ağdaş Rayon Prokurorluğu tərəfindən bu məsələyə baxılır, fakt araşdırılır. İctimaiyyətə də ətraflı məlumatlar veriləcək”, - deyə Ə.Novruzov qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
349 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...