FHN-in təyyarəsi neftçilərin meyitlərini gətirmək üçün Türkmənistana yola düşüb

FHN-in təyyarəsi neftçilərin meyitlərini gətirmək üçün Türkmənistana yola düşüb


Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təyyarəsi Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış neftçilərin meyitlərini gətirmək üçün bu ölkəyə yola düşüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin Xəzəryanı ölkələrin müvafiq qurumlarına müraciətindən sonra aparılan axtarış-xilasetmə işləri zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 65-70 km uzaqlıqda 2 kişi cəsədi aşkar edilib və Türkmənistana aid gəminin göyərtəsinə qaldırılaraq Kiyanlı dəniz limanına aparılıb. Cəsədlərə ilkin baxış zamanı birinin geyiminin üzərində “Azneft” sözləri yazıldığı müəyyən edilib.

Məlumat daxil olduqdan sonra FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə birgə cəsədlərin tanınması və ölkəyə gətirilməsi üçün Türkmənistana yola düşüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1019 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...