"Unibank"ın rəhbəri problemli kreditlərdən danışdı "filallarımız bağlanır"

"Unibank"ın rəhbəri problemli kreditlərdən danışdı


"Unibank" ASC-nin problemli aktivləri nəzarət altındadır. GUNDEMİNFO.AZ-ın APA-ya istinadən məlumatına görə, bunu Unibank" ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynov deyib.

F. Hüseynov bildirib ki, bank problemli krediti olan müştəriləri ilə mütəmadi olaraq təmasdadır: "Biz problemli kreditləri restrukturizasiya edirik. Müştəriləri anlayırıq, başa düşürük və özümüzü onların yerinə qoyuruq. Ümumilikdə, aktivlərin keyfiyyəti nəzarət altındadır. İnsanların, şirkətlərin gəlirləri azalıb və biz bunu anlayışla qarşılayırıq. Biz problemli kreditlərin restrukturizasiyasını fevral ayında baş verən devalvasiyadan sonra da etmişik, indi də edirik. Bizimlə konstruktiv əməkdaşlıq edən müştərilərə analoji münasibəti göstəririk. Bizə tərəf bir addım atan müştəriyə tərəf biz iki addım atmağa hazırıq", - deyə İdarə Heyətinin sədri qeyd edib.

Bankir əlavə edib ki, bankın kollektor departamenti gücləndirilmiş iş rejimində çalışır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1085 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...