Azərbaycanlı müğənni qəflətən dünyasını dəyişdi

Azərbaycanlı müğənni qəflətən dünyasını dəyişdi


Azərbaycanlı müğənni Durna Hüseynova Şirvanda vəfat edib.

“GUNDEMİNFO” xəbər verir ki, bu barədə lent.az-a mərhumun yaxınları məlumat veriblər. Onların sözlərinə görə, Şirvanda fəaliyyət göstərən ifaçı yatıb ayılmayıb.

Hadisə yerinə Şirvan şəhər polis şöbəsi və prokurorluğunun əməkdaşları gəliblər.

Hüseynova Durna Həsən qızının nə səbəbdən öldüyü aparılan araşdırmalardan sonra məlum olacaq.

Mərhumun yaxınları həmçinin bildiriblər ki, müğənninin oğlu Ceyhun Hüseynov neçə illərdir həbsxanadadır. İki ay sonra onun həbs müddəti bitəcəkmiş.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1171 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...