Mərkəzi Bank terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəni gücləndirir

Mərkəzi Bank terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəni gücləndirir


Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı milli mübarizə sisteminin effektivliyinin yüksəldilməsi məqsədilə "Müsadirə və cinayət yolu ilə əldə edilmiş əmlakın bərpasına dair ən yaxşı təcrübə" sənədi hazırlanıb.

Maliyyə Monitorinqi Xidmətindən “APA-Economics”ə verilən xəbərə görə, bu sənəddə əksini tapmış qətimkan tədbirləri və müsadirə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı effektiv mübarizə sisteminin vacib elementlərindəndir.

Metodoloji sənəddə cinayət yolu ilə əldə edilmiş əmlakın izlənilməsi, dondurulması, üzərinə həbs qoyulması, müsadirəsi, sübutetmə yükü, müsadirə edilmiş əmlakın idarə edilməsi və beynəlxalq əməkdaşlıq ilə bağlı digər dövlətlərdə mövcud olan ən yaxşı təcrübə və bu sahədə beynəlxalq standartlar izah olunur.

Sözügedən metodoloji sənəd Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti rəsmi internet səhifəsində http://www.fiu.az/aze/metodologiya/ linkində yerləşdirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
907 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...