Azərbaycanda son bir həftə ərzində 142 nəfər COVID-19-a yoluxub

Azərbaycanda son bir həftə ərzində 142 nəfər COVID-19-a yoluxub
Azərbaycanda son 1 həftə ərzində (11-17 sentyabr) koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gundeminfo.az-a verilən məlumata görə, həmin müddətdə infeksiyaya 142 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 127 nəfər sağalıb.

İndiyədək ölkədə ümumilikdə 832 580 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 822 131 nəfər müalicə olunaraq sağalıb, hazırda 147 aktiv xəstə var. Bu günə qədər 10 302 nəfər vəfat edib.

Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 012, bu günə qədər isə ümumilikdə 7 680 488 test icra olunub.

Eyni zamanda ölkədə son həftə ərzində 223 nəfər vaksinasiya olunub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 969 615 olub.


Azərbaycanda son bir həftə ərzində 142 nəfər COVID-19-a yoluxub



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
436 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...