“Slavyanka” sularının da qiyməti artdı - yerli məhsul olsa da...

“Slavyanka” sularının da qiyməti artdı -


Gədəbəy rayonunda fəaliyyət göstərən "Gədəbəy Mineral Suları” fabrikinin məhsullarının qiyməti qaldırılıb. Artıq Bakı şəhərindəki mağazalarda 19 litrlik balonlarda satılan "Slavyanka 1″ markalı təbii bulaq suyunun qiyməti 50 qəpik bahalaşaraq 4 manat olub. Əvvəl bu məhsul 3 manat 50 qəpiyə satılırdı.

Mağazalardan birinin satıcısı "Azadlıq" qəzetinin əməkdaşına bildirib ki, məhsulun istehsalçısı "Gədəbəy Mineral Suları” MMC-də qiymət artımının səbəbini istehsal xərclərinin artması ilə əsaslandırırlar. Xatırladaq ki, "Slavyanka” sularının mənbəyi Gədəbəyin Slavyanka kəndində yerləşən "Novlu” bulağıdır. "Gədəbəy Mineral Suları” fabriki isə 2010-cu ildə Gədəbəy rayonunun Zəhmət kəndində istifadəyə verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
841 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...