Azərbaycandakı banklara yerləşdirilən əmanətlər 3 illik gəlir vergisindən azad olunur

Azərbaycandakı banklara yerləşdirilən əmanətlər 3 illik gəlir vergisindən azad olunur


Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında Vergilər Məcəlləsinə dəyişiklik edilib.

"APA-Economics"in verdiyi xəbərə görə, dəyişikliyə əsasən, yerli bank və xarici bankın Azərbaycan filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirləri gəlir vergisindən azad olunur.

Başqa sözlə, 2016-cı il fevralın 1-dən 3 il müddətinə yerli və xarici bankın Azərbaycanda fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə, emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən divident, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
842 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...