Azərbaycanda 2 qardaşa məxsus 2 məşhur quşçuluq fabriki birləşdi

Azərbaycanda 2 qardaşa məxsus 2 məşhur quşçuluq fabriki birləşdi
Ölkənin aparıcı quşçuluq müəssisələrindən biri olan “Hacıqabul Quşçuluq Şirkəti” MMC (VÖEN -8100012191) başqa bir quşçuluq müəssisəsi olan “Yumurta No 1” MMC-nin (VÖEN - 6800027991) ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edib.
Yeniavaz.com xəbər verir ki, qoşulma nəticəsində “Yumurta No 1” MMC ləğv olunacaq.
Qeyd edək ki, 25 oktyabr 2002-ci il tarixində dövlət qeydiyyatına alınan “Hacıqabul Quşçuluq Şirkəti” MMC 279 min 713,46 dollar nizamnamə kapitalına malikdir. Şirkətin hüquqi ünvanı Hacıqabul rayonu, Ağacanı kəndi, qanuni təmsilçisi Babaşov Nemət Adışirin oğludur.
31 oktyabr 2002-ci il tarixində dövlət qeydiyyatına alınan “Yumurta No 1” MMC isə 77 min 867 manat nizamnamə kapitalına malikdir. Şirkətin hüquqi ünvanı Sabirabad rayonu, Axtaçı Muğan kəndi, qanuni təmsilçisi (direktoru) Babaşov Şöhrət Adışirin oğludur.
Onu da bildirək ki, hər iki şirkətin qurucusu 2021-ci ildə vəfat edən məşhur iş adamı Adışirin Babaşov olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
150 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...