Bakıda univermağın damının çökməsi nəticəsində xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər - ADLAR

Bakıda univermağın damının çökməsi nəticəsində xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər -


Bakıda univermaq binasının damının çökməsi nəticəsində xəsarət alan şəxslər 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan APA-ya verilən məlumata görə, bunlar 38 yaşlı Elşad Eyvaz oğlu Abdullayev və 35 yaşlı Bəhruz Hacıəli oğlu Məmmədovdur. Yaralıların xəsarətinin yüngül olduğu bildirilir.


Bakının Suraxanı rayonunda univermaq binasında çökmə baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə Əmircan qəsəbəsində yerləşən köhnə univermaq binasında təmir işləri aparılarkən qeydə alınıb. Binanın damı 150 kvadratmetr ərazidə çöküb. Orada işləyən fəhlələrdən iki nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
803 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...