Azərbaycan prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib

Azərbaycan prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib


Azərbaycan prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xəlil İbrahim Akçanı qəbul edib.
APA-nın məlumatına görə, dövlət başçısı Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə çox yaxşı ikitərəfli əlaqələrinin, o cümlədən siyasi və iqtisadi əməkdaşlığının əhəmiyyətini vurğulayaraq ölkəmizin bu əməkdaşlığı daha da genişləndirmək niyyətində olduğunu deyib.


Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı ilə fəal əməkdaşlıq etdiyini bildirən prezident İlham Əliyev təşkilatın iki sammitinin ölkəmizdə keçirilməsinin önəmini qeyd edib. Dövlət başçısı dünyada iqtisadi çətinliklərin və böhranın hökm sürdüyü bir vaxtda təşkilatın üzv dövlətləri arasında iqtisadi əməkdaşlığın əhəmiyyətli olduğunu deyib.

Prezident İlham Əliyev X. Akçanın ölkəmizə səfərinin təşkilatın fəaliyyətinin gələcək planları ilə bağlı müzakirələrin aparılması üçün yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirib. X. Akça isə rəhbərlik etdiyi təşkilatın ölkəmizdə keçirilən sonuncu sammitini məmnunluqla xatırlayıb. Görüşdə Azərbaycanla İqtisadi Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
964 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...