Deputatlığa namizəd şəhid ailəsini ziyarət etdi - ilginc məqamlar VİDEODA

Deputatlığa namizəd şəhid ailəsini ziyarət etdi -
Avqustun 26-da 60 saylı seçki dairəsindən deputatlığa namizəd Anatoliy Rafailov Qubanın Zərdabi kəndində şəhid ailəsini zyarət edib.

44 günlük Vətən Savaşında şəhid olmuş Musa Məmmədovun yeni dünyaya gəlmiş əkiz bacı və qardaşları üçün 26 avqust həm də əlamətdar bir gün idi.


Şəhidimizin vəfatından sonra yeni dünyaya gələn qardaşına şəhidin adı, bacısına isə Azərbaycanın Birinci Vitse Prezidenti Mehriban Xanım Əliyevanın adı verilib.

Millət vəkili Anatoliy Rafailovun təşəbbüsü ilə Mehriban adı verilən şəhid bacısı və şəhdin adını daşıyan Musa deputatın daim himayəsindədir.

Ziyarət zamanı Anatoliy Rafailov şəhidin bacısına və qardaşına qiymətli hədiyyyələr təqdim edib. Onlara hər zaman dayaq olacağını deyərək, bütün şəhidlərimizin daim ehtiramla yad ediləcəyini, hər birimizin onlara borclu olduğumuzu da qeyd edib.

Daha sonra şəhidin atası Bəhram Məmmədov və anası Rübabə Məmmədova Birinci Vitse Prezidentimiz Mehriban Xanım Əliyevanın ad gününü təbrik ediblər. Eyni zamanda onlar göstərdiyi diqqət və qayğıya görə Millət Vəkili Anatoliy Rafailova minnətdarlıqlarını ifadə ediblər.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
374 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...