Azərbaycanda kişilərin ömür müddəti azalıb – Qadınlarda dəyişməz qalıb

  Azərbaycanda kişilərin ömür müddəti azalıb –
Ötən il Azərbaycanda doğulan oğlan uşaqları üçün gözlənilən ömür uzunluğu 73,5 il, qızlar üçün isə 78,4 il müəyyən edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.
Müqayisə üçün bildirək ki, 2022-ci ildə doğulanlarla müqayisədə ötən il kişilər üçün gözlənilən ömür uzunluğu azalıb, qadınlar üçün isə dəyişməz qalıb. Belə ki, 2022-ci ildə doğulan oğlan uşaqları üçün gözlənilən ömür uzunluğu 73,6 il olub.
Məlumat üçün bildirək ki, kişilərdə gözlənilən ömür uzunluğu sonuncu dəfə 2016-cı ildə bu səviyyədə olub. Sonrakı illərdə artmağa başlayıb və 2019-cu ildə 73,8 ilə yüksəlib. 2020-ci ildə isə kəskin şəkildə aşağı düşərək 69,5 il olub. Lakin sonrakı 2 ildə yenidən artıb. Ötən il isə yenidən azalıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
260 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...