İcra başçısı əsaslı təmir olunan Bəyimsarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub

İcra başçısı əsaslı təmir olunan Bəyimsarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
İcra başçısı əsaslı təmir olunan Bəyimsarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov və Təhsil sektorunun müdiri Oktay Sarıkişiyevlə birlikdə Elm və Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunan 360 şagird yerlik Bəyimsarov kənd tam orta məktəbində mövcud şəraitlə yaxından tanış olub, məktəbin pedaqoji və şagird kollektivi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Rayon rəhbəri məktəbdə tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, pedaqoji kollektivə şagirdlərin dərsdən yayınma hallarına yol verilməməsini, valideynlərlə sıx əlaqə saxlanmasını, valideyn komitələrinin bu işə cəlb olunmasını, gündəlik gigiyenik qaydalara əməl olunmasını tövsiyə edib.
İcra başçısı ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasətdə təhsil sahəsinə diqqətin prioritet olduğunu, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu işin yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb. Qeyd edib ki, bu gün Azərbaycanda müstəqil ölkənin mükəmməl təhsil sistemi qurulmaqdadır. Müasir təhsil texnologiyalarının öyrənilməsi, ümumiləşdirilərək milli zəmində inkişaf etdirilməsi, ümumi təhsilin məzmunu, texnologiyaları və qiymətləndirilməsi sahələrində böyük irəliləyişlər, təhsilin humanistləşdirilməsi və demokratikləşdirilməsi istiqamətində yüksək nailiyyətlər əldə olunub. Təhsilin məzmunu və strukturunda müasir dünyanın tələblərinə uyğun dəyişikliklərin aparılması istiqamətində səmərəli işlər görülüb.

Sonra rayon rəhbəri Vətən Müharibəsində ordumuzun qazandığı şanlı qələbədən və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan həmyerlilərimiz haqqında geniş məlumat verib, şəhidlərin qısa, ancaq hər kəsə örnək olan həyatlarından, onların döyüş şücaətlərindən danışıb, məktəblilərə təhsildə uğurlar arzulayıb.

Məktəbin killektivi təhsilin inkişafına göstərilən diqqət və qayğıya, həmçinin məktəblərinin əsaslı təmir olunmasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

İcra başçısı əsaslı təmir olunan Bəyimsarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
İcra başçısı əsaslı təmir olunan Bəyimsarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
İcra başçısı əsaslı təmir olunan Bəyimsarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
İcra başçısı əsaslı təmir olunan Bəyimsarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
342 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...