Sürücülərə şad xəbər - Qanun

Sürücülərə şad xəbər -


Sahibi vtomobildədirsə, həmin avtomobili sürücülük hüququ olan istənilən şəxs etibarnaməsiz idarə edə bil. Axar.az xəbər verir ki, yeni İnzibati Xətalar Məcəlləsi etibarnamə üzrə nəqliyyat vasitəsinin idarə edilməsi zamanı təcrübədə yaranan mübahisəyə birdəfəlik son qoyacaq.

Hazırda qüvvədə olan Məcəllə nəqliyyat vasitəsini etibarnamə olmadan yalnız onun sahibi avtomobildə olduqda idarə edilməsinə icazə verir. “Sahib” ifadəsi isə yalnız mülkiyyətçini və sərəncam hüququnu ehtiva edən etibarnaməsi (baş etibarnaməsi) olan şəxsi nəzərdə tutur. Ona görə də sürmək üçün etibarnaməsi olan şəxsin özü avtomobildə olsa da, digər şəxsin avtomobili idarə etməsi qanunsuz sayılır və buna görə cərimə tətbiq olunur.

Avtosfer.az-ın məlumatına görə, yeni Məcəllə bütün bu mübahisələrə son qoyaraq, birbaşa təsbit edir ki, əgər nəqliyyat vasitəsinin mülkiyyətçisi, yaxud etibarnamə və ya icarə müqaviləsi əsasında onu idarə etmək hüququ olan şəxs avtomobildədirsə, həmin avtomobili sürücülük hüququ olan istənilən şəxs etibarnaməsiz idarə edə bilər. Başqa sözlə, etibarnamə yalnız sürmək üçün verilmiş olsa belə, etibarnaməsi olan şəxs avtomobildədirsə, onu digər şəxs hər hansı problemsiz idarə edə bilər. Bu yenilik daha çox “ayıq sürücü” xidmətindən istifadə edənlərin işini asanlaşdırmış olacaq.

Yeni Məcəllənin bu ilin may ayın 1-dən qüvvəyə minəcəyi gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
917 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...