Azərbaycanın islahatlara ehtiyacı var - "Reuters"

Azərbaycanın islahatlara ehtiyacı var -


Beynəlxalq Valyuta Fondu (BVF) fevralın 3-də Azərbaycanı qiymət artımına, büdcə gəlirlərinə və manat məzənnəsinə mənfi təsir göstərmiş qlobal xam neft qiymətlərinin aşağı düşməsinə davam gətirmək üçün islahatlar aparmağa və öz iqtisadiyyatını şaxələndirməyə çağırıb.

APA-nın xəbərinə görə, "Reuters" agentliyinin məlumatında bildirilir ki, təxminən 10 milyon əhalisi olan bu Qafqaz ölkəsinin illik gəlirlərinin formalaşmasında neft və qaz ixracı önəmli rol oynayır. Neftin qiymətinin qəfil düşməsi manatın məzənnəsinin enməsinə və bundan əlavə, dövlət büdcəsinin üzərinə düşən təzyiqin artmasına səbəb olub.

"Azərbaycan 2015-ci ildə ümumdaxili məhsulun 3,3 faiz artımını nəzərdə tutsa da, 2014-cü ildə 2,8 faiz artımla müqayisədə, yalnız 1,1 faizlik artıma nail olub. BVF-nin faktların tədqiqi missiyasının rəhbəri Məhəmməd əl-Qorçinin bəyanatında bildirilib ki, yaxın gələcəyin proqnozlaşdırılması, iqtisadi inkişaf və ödəniş balansının təzyiqlərinin dövlət orqanları üçün əsas çətinliklər kimi qalacağı ehtimal olunur. Bununla belə, dövlət orqanları bu çətinliklərin öhdəsindən gəlmək üçün hazır vəziyyətdədir, bu şərtlə ki, onlar əlavə olaraq cavab tədbirlərini və Azərbaycanın mühüm ehtiyatlarını gücləndirsinlər".

Məlumatda qeyd olunur ki, əgər hökumət əvvəlki büdcədə neftin bir barelinin qiymətini 50 dollara nəzərdə tuturdusa, bu qiymət artıq 25 dollara endirilib. Bundan əlavə, əvvəlki 3,3 faizdən fərqli olaraq, 2016-cı il üçün illik inflyasiya normasına da yenidən baxılıb və bu göstərici maksimum 10-12 faiz səviyyəsində proqnozlaşdırılıb. Ancaq bu və digər düzəlişlər parlament tərəfindən hələ təsdiqlənməyib. "BVF bəyanatında bildirib ki, valyuta məzənnəsinin elastikliyinin təmin edilməsi üçün valyuta siyasətinin əsas prinsiplərinin möhkəmləndirilməsi, maliyyə sektorunun gücləndirilməsi və struktur islahatları vasitəsilə çoxillik vergi-büdcə konsolidasiya planının tərtib edilməsi Azərbaycanın həyata keçirdiyi siyasətin əsas prioritetləri sırasındadır.

BVF Azərbaycan hökumətinin layihənin səmərəliliyinə əlavə diqqət yetirməklə, 2016-cı ildə dövlət kapital qoyuluşunu daha sabit səviyyəyə qədər azaltmaq niyyətini dəstəkləyib.

Fond Bakıya səfərinin məhz araşdırma məqsədi daşıdığını və BVF-nin rəhbərliyi səviyyəsində müzakirənin aparılması ilə nəticələnməyəcəyini bildirib", - deyə "Reuters" yazır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
846 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...