9 rayonun qaz təchizatında məhdudiyyətlər olacaq

9 rayonun qaz təchizatında məhdudiyyətlər olacaq


Sabah Abşeron, Binəqədi, Xəzər, Sabunçu, Suraxanı, həmçinin Hacıqabul, Şabran, Sabirabad və Lənkəran rayonlarınin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, Bakı Regional Qaz İstismarı Departamentinin tabeçiliyində olan inzibati rayonların ərazilərindəki qaz xətlərində aşkar olunmuş qaz sızmalarının ləğvi və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə fevralın 5-də saat 09:30-dan işlər yekunlaşanadək Abşeron rayonu Xırdalan şəhərının bir hissəsi və Qobu, Güzdək, Hökməli qəsəbəsi ərazilərində, Binəqədi rayonunun Binəqədi, Biləcərı, Sulutəpə və Çiçək qəsəbəsi ərazilərində, Xəzər rayonunun Mərdəkan, Zirə və Şüvalan qəsəbəsi ərazilərində, Sabunçu rayonunun Pirşağı və Nardaran qəsəbələrində, Suraxanı rayonunun Hövsan kənd ərazisi və Bülbülə qəsəbəsində, həmçinin saat 10:00-dan 17:00-dək Hacıqabul,Sabirabad və Şabran rayonlarının, saat 10:00-dan 16:00-dək isə Lənkəran rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
880 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...