Alimentlə bağlı məhkəmə qərarlarının icrasında ciddi problemlər var

Alimentlə bağlı məhkəmə qərarlarının icrasında ciddi problemlər var


“Bu gün Azərbaycanda alimentlə bağlı məhkəmə qərarlarının icrasında ciddi problemlər yaşanır”.

APA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova “Azərbaycanda Ailə, Qadın və Uşaq Siyasətinin İnkişafı 2006-2016-cı illər” mövzusunda keçirilən tədbirdə hesabat məruzəsində deyib.

O bildirib ki, alimentlə bağlı məhkəmə qərarlarının icrasında yaranan problemlərlə bağlı Dövlət Komitəsinə daha çox müraciət daxil olur: “İkinci sırada isə məişət zorakılığı ilə bağlı müraciətlər gəlir”.

T. İbrahimova qeyd edib ki, 10 il ərzində Dövlət Komitəsinə ümumilikdə 30 minə yaxın müraciət daxil olub: “Müraciətlərin təhlili göstərir ki, eyni problemlər qalmaqdadır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
921 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...