Dollar 1,56 qəpik oldu

Dollar 1,56 qəpik oldu


Azərbaycan milli valyutasının məzənnəsi açıqlanıb.Manat möhkəmlənməkdə davam edir. ANS PRESS-in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) fevralın 9-na olan rəsmi məzənnəsində dolların qiyməti yenidən düşüb. Ötən gün 1.5702 manat təşkil edən ABŞ valyutasının qiyməti bu gün 1.5659 AZN-ə enib.

Avrozonanın vahid valyutası da 0.005 qəpik ucuzlaşaraq 1.7734 manat təşkil edir. Rusiya rublu isə dəyişməz qalıb - 0.0198 manat. Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin dekabrın 21-dəki qərarı ilə üzən məzənnə rejiminə keçid edib. Bu qərar nəticəsində manatın məzənnəsi sürətlə ucuzlaşıb.

Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib.

Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək. Üzən məzənnəyə keçid haqda qərar fevraldan sonra ikinci dəfə manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
881 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...