Sumqayıtın ən uzunömürlü məmurlarından biri dünyasını dəyişdi

Sumqayıtın ən uzunömürlü məmurlarından biri dünyasını dəyişdi


Sumqayıtın ən uzunömürlü məmurlarından biri, şəhər İcra Hakimiyyəti nəzdində Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəis müavini Tariyel Hacıyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Hazırda onun yaşadığı ünvanda - 6-cı mkr. yaxınlığında, Qızılqum məhəlləsində yas mərasimi keçirilir.


Xatıladaq ki, Tariyel Hacıyev uzun illərdir şəhər icra aparatı strukturunda müxtəlif vəzifələrdə çalışıb. Bundan öncə o, uzun illər icra başçısının təsərrüfat üzrə müavini vəzifəsini icra edib.

Qeyd edək ki, Tariyel Hacıyev mərhum Zülfü Hacıyevin qardaşı, icra başçısının müavini Lalə Hacıyevanın əmisidir. Xeberle.com adından mərhumun doğma və yaxınlarına dərin hüznlə başsağlığı veririk! Allah rəhmət eləsin!


Sumqayıtın ən uzunömürlü məmurlarından biri dünyasını dəyişdi
Sumqayıtın ən uzunömürlü məmurlarından biri dünyasını dəyişdi



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2178 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...