“Neftin qiyməti gələn ildən qalxacaq” - Natiq Əliyev

“Neftin qiyməti gələn ildən qalxacaq” -


Energetika Nazirliyində energetika naziri Natiq Əliyevlə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Gordon Birrell arasında görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, görüşdə son dövrlərdə neftin qiymətinin kəskin ucuzlaşması , bu vəziyyəti şərtləndirən səbəblər və neft hasil edən ölkələrin gələcək inkişaf prioritetləri və neft layihələrində iştirak edən xarici şirkətlərin gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib. Qlobal neft bazarında müşahidə edilən proseslər fonunda mövcud vəziyyəti dəyərləndirən energetika naziri Natiq Əliyev neftin ucuzlaşmasının uzunmüddət davam etməyəcəyini, gələn ildən etibarən neftin qiymətin yüksələrək sabitləşəcəyini deyib.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Gordon Birrell isə şirkətin fəaliyyətinin hazırkı vəziyyəti və “ Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi istiqamətində görülən işlər barədə məlumat verərək, təmsil etdiyi şirkəti maraqlandıran məqamlardan bəhs edib. G. Birrel fevralın 29-da Bakıda keçiriləcək “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının II iclasına hazırlıq və müzakirəyə çıxarılacaq məsələlərlə də maraqlanıb.

Energetika naziri Natiq Əliyev isə bildirib ki, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının II iclasına hazırlıq işləri başa çatdırılıb, layihənin iştirakçısı olan ölkələrin enerji nazirlərindən və Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidentinin, Beynəlxalq Maliyyə Korporasiyasının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Azərbaycan Dövlət Neft Şirkəti, "BP-Azebajian", Trans Anadolu Boru Kəməri (TANAP), Trans-Adriatik Boru Kəməri (TAP) və digər beynəlxalq qurumların rəsmi nümayəndələrinin iştirakı gözlənilir.

Bildirilib ki, Məşvərət Şurasının bu dəfəki toplantısı ötən dövr ərzində görülmüş işləri birgə nəzərdən keçirməklə yanaşı, bütün tranzit ölkələrdə qarşılaşılan çətinliklərin müzakirəsinə və çıxış yollarının birgə axtarışına da imkan yaradacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
773 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...