Sabah havanın temperaturu 21 dərəcəyədək yüksələcək

Sabah havanın temperaturu 21 dərəcəyədək yüksələcək


Martın 2-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim cənub –qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacaq.

Martın 2-də Azərbaycanın rayonlarında hava şəraitinuin əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gözlənilir. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 6-11 dərəcə isti, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə isti, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Tibbi meteoroloji proqnoza gəlincə, martın 2-3-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli düşməsi fonunda xeyli güclənən gilavar küləyi meteohəssas insanlar yarada bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
806 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...