Gəncə Dövlət Universitetində müqavilə imzalandı FOTOLAR

Gəncə Dövlət Universitetində müqavilə imzalandı


09 mart 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin Baş binasının akt zalında universitetlə 4 və 39 nömrəli məktəblər, həmçinin 2 nömrəli uşaq bağçası arasında “Əməkdaşlıq müqaviləsi”nin imzalanması ilə bağlı işgüzar görüş keçirilmişdir.

Görüşdə Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov, Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov, M.M.Mehdizadə adına 4 nömrəli tam orta məktəbin müdiri Əliağa Səfərəliyev, Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin müdiri Nizami Rzayev, 2 nömrəli uşaq bağçasının müdiri Aidə Səfərova, Universitetin prorektorları və müəllim heyəti iştirak etmişlər.


Universitetin rektoru professor Yusif Yusibov qonaqları salamlayaraq ilk öncə bugünkü imzalanacaq sənədin hər iki tərəf üçün hədsiz mühümlüyünü nəzərə çatdırdi. Müasir dövrdə milli təhsilin Avropa təhsilinə inteqrasiyası, dünya standartlarına uyğunluğu, savadlı insan kapitalının hazırlanması zəminində ali məktəblərin əlaqəli müəssisələrlə birgə fəaliyyətinin vacibliyini qeyd etdi. Tələbələr aldıqları biliyi uşaq baxcalarında, orta məktəblərdə təcrübədən keçirib təhsillərini başa vuranacan püxtələşməlidirlər. Bu baxımdan təhsilin müasir tələblər səviyyəsində inkişafı, birgə seminarların, treninqlərin keçirilməsi, informasiya mübadilələrinin aparılması, universitet və məktəb kollektivi arasında təhsil və elm sahəsində birgə layihələrin hazırlanması və paraktik cəhətdən reallaşdırılması, şagirdlərin universitetdəki maarif ixtisaslarına maraqlarının yaradılması və tələbələrin pedaqoji təcrübə bazasının gücləndirilməsi əsas amillərdəndir.

Teref.info yazır ki,Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov öz çıxışında qeyd etdi ki, bağlanacaq müqavilə Gəncə təhsil idaresinə də sevindirici töhfədir.Ali məktəblə orta təhsil sisteminin əlaqələrinin yaradılması və inkişaf etdirilməsi nəticəsində müəllimlərin, təcrübəçi tələbələrin, şagirdlərin pedaqoji-psixoloji təfəkkürünün formalaşmasında, müasir təhsil nəzəriyyəsi və təcrübəsində kurikulum konsepsiyasının mənimsənilməsində öz ciddi təsirini göstərəcəkdir.

Tərəflərin mövcud maddi-texniki bazadan istifadə etmələri, təhsilin aktual problemlərinə həsr ediləcək birgə konfransların, simpoziumların, işgüzar görüşlərin, treninqlərin keçirilməsi, çətin tərbiyə olunan uşaqlarla psixokorreksiya işlərinin aparılması, ekskursiyaların, viktorinaların, idman yarışlarının və s. bu kimi tədbirlərin birgə icrası istər-istəməz öz layiqli bəhrəsini verəcəkdir.

Pedaqoji fakültənin dekanı dosent Bayram Apoyev, 2 nömrəli uşaq bağçasının müdiri Aidə Səfərova, Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin müdiri Nizami Rzayev bu müqavilənin müsbət addım olduğunu deməklə tərəflərə uğurlar arzuladılar.

Bundan sonra Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov, Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov və 2 nömrəli uşaq bağçasının müdiri Aidə Səfərova tərəfindən müqavilənin imzalanma mərasimi keçirildi.

ALLAHVERDİ QULİYEV,

Gəncə Dövlət Universitetinin pedaqogika və təhsilin əsasları kafedrasının müdiri, dosent


Gəncə Dövlət Universitetində müqavilə imzalandı
Gəncə Dövlət Universitetində müqavilə imzalandı



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
994 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...