“3 qat agent” məsələsini DTX araşdırır?

“3 qat agent” məsələsini DTX araşdırır?


Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə maliyyə naziri Samir Şərifovun adı hallanan “agent qalmaqalı”nın araşdırılması tapşırılıb. Bu haqda “Azadlıq” qəzeti məlumat yazıb. Qəzet yazır ki, Mədət Quliyev bu məsələdə iqtidardaxili qrupların rolunun olub-olmamasını müəyyən etməlidir.

Qeyd edək ki, sovet kəşfiyyatçısı olmuş, hazırda isə Amerikanın maliyyə analitiki Yuri Şvets Ukraynanın “Qordon” agentliyinə müsahibəsində Azərbaycan hökumətini silkələyəcək ittihamlar səsləndirib. O, özünün yeni kitabı haqda danışarkən, Azərbaycanın yüksək siyasi elitasında təmsil olunan və hazırda Kremlə işləyən “üçqat agentdən” də bəhs edib. Həmin məmur Azərbaycanın maliyyə naziri Samir Şərifovdur. Şvetsin iddiasına görə, agentura məlumatlarında bildirilir ki, Samir Şərifov Rusiya, Türkiyə və Amerika xüsusi xidmət orqanlarına işləyib, indi yenidən Kreml tərəfindən ələ alınıb. Maliyyə Nazirliyinin məsələyə ironik münasibətini nəzərə almasaq, hələ bu qalmaqalla bağlı Samir Şərifovdan tərəfdən ciddi reaksiya verilməyib. Bu material yayılandan sonra ekspertlər bildirmişdi ki, Şvetsin iddiaları əsassızdırsa, maliyyə naziri onu məhkəməyə verməklə bunu sübut etməyə cəhd edə bilər. Lakin bu da baş verməyib. Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev bildirib ki, mətbuat xidmətində bu barədə məlumat yoxdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
826 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...