Nazirlik yay vaxtı ilə bağlı əhaliyə müraciət etdi

Nazirlik yay vaxtı ilə bağlı əhaliyə müraciət etdi


Nazirlər Kabinetinin 17.03.2016-cı il tarixli 131 saylı Qərarına əsasən ölkə ərazisində yay vaxtına keçid ləğv olunmuş və 27 mart 2016-cı ilin saat 4:00-da saatların bir saat irəli alınması həyata keçirilməyəcək. Məlum olduğu kimi, kompüter, mobil telefon, server və digər informasiya-kommunikasiya texnologiyaları avadanlıqlarında yay və qış vaxtlarına keçid avtomatik baş verə bilir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bununla əlaqədar olaraq ölkədə fəaliyyət göstərən operator (o cümlədən mobil), provayderlər yay vaxtına keçidin ləğv olunması barədə məlumatlandırılıb, onlara informasiya sistemləri və şəbəkələrinin UTC+4:00 ilə sinxronlaşdırılması üçün qabaqlayıcı tədbirlər görülməsi tövsiyə edilib.

Həmçinin ölkəmizdə fəaliyyət göstərən tanınmış xarici şirkətlərin (“Microsoft” və s.) yerli nümayəndəlikləri də yay vaxtına keçidin ləğv olunması barədə məlumatlandırılıb.

Eyni zamanda, UNIX əsaslı əməliyyat sistemləri üçün yeniləmə paketini endirib tətbiq etməyiniz tövsiyə olunur.

Fərdi istifadəçilərdən kompüter və mobil telefonlarının "tarix və vaxt" menyusundan "avtomatik" rejiminin deaktiv edilməsi tövsiyə olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
838 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...