Xarici ticarət dövriyyəsi 45,5% azalıb

Xarici ticarət dövriyyəsi 45,5% azalıb


2016-cı ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi $2,2 mlrd. təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 45,5% azdır. Bu barədə martın 17-də Dövlət Gömrük Komitəsi bildirib.

İki ayda $1 mlrd. 223,4 mln. həcmində mal ixrac edilib ki, bu da ötən ilin həmin dövründə olduğundan 47,6% azdır. İxrac strukturunda neft, neft məhsulalrı və təbii qazın xüsusi çəkisi 85,7% təşkil edib.

Sözügedən dövrdə mal idxalının həcmi $979,8 mln. təşkil edib. Dünyanın 132 ölkəsi ilə xarici ticarət dövriyyəsində müsbət saldo $243,6 mln. təşkil edib. Yanvar ayı ilə müqayisədə fevralda ixrac $ 90,6 mln. azalıb, idxal $104,7 mln. artıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
790 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...