Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ

Hava şəraiti dəyişəcək -


Azərbaycan ərazisində hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, Bakı və Abşeron yarımadasında martın 29-30-da hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Azərbaycanın rayonlarında martın 29-30-da hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
917 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...