Şəhid Elşad Abbaszadənin ailəsinə “Hərbi xidmətdə fərqlənməyə görə” medalı təqdim edilib

Şəhid Elşad Abbaszadənin ailəsinə “Hərbi xidmətdə fərqlənməyə görə” medalı təqdim edilib


Tərtər rayonunun Kəngərli kəndində martın 25-də qoşunların təmas xəttinin Tərtər rayon istiqamətində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, kiçik çavuş Abbaszadə Elşad Raquf oğlunun ailəsinə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalın təqdim edilməsi mərasimi keçirilib.

Müdafiə Nazirliyinin, Tərtər Rayon İcra Hakimiyyətinin, Qarabağ müharibəsi veteranları və əlillərinin, kənd sakinlərinin, məktəblilərin və hərbi qulluqçuların iştirak etdiyi mərasimdə şəhid əsgərlərimizin şücaətindən bəhs olunub, ruhlarına dualar oxunub.

Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani şəhidin ailəsinə başsağlığı verib. Bildirib ki, martın 25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonu ərazisində qoşunların təmas xəttində təxribat törətməyə cəhd göstərib. Bu istiqamətdə yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin hərəkəti qabaqcadan aşkar edilərək, qarşısı alınıb. İtkilərə məruz qalan işğalçılar geri çəkilməyə məcbur edilib.

Anım mərasimində Abdulla Qurbani müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə “Xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı şəhidin qardaşına təqdim edib.

Şəhidin atası Raqub Abbasov Vətənə xidmətin hər bir övladın borcu olduğunu deyərək, şəhid oğlu ilə fəxr etdiyini bildirib.
Sonra rayon icra hakimiyyətinin nümayəndəsi Elvin Umudov çıxış edərək şəhidin ailəsinə dərin hüznlə başsağlığı vermiş, tərtərlilərin döyüşlərdə göstərdiyi sücaətlərdən, ordu və xalq birliyindən danışmış və işğal altında olan torpaqlarımızın azad olunması üçün Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə hazır olduqlarını bildirmişdir.


Şəhid Elşad Abbaszadənin ailəsinə “Hərbi xidmətdə fərqlənməyə görə” medalı təqdim edilib
Şəhid Elşad Abbaszadənin ailəsinə “Hərbi xidmətdə fərqlənməyə görə” medalı təqdim edilib
Şəhid Elşad Abbaszadənin ailəsinə “Hərbi xidmətdə fərqlənməyə görə” medalı təqdim edilib



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1588 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...