Bakıda evlənənlər azalır, boşananlar artır

Bakıda evlənənlər azalır, boşananlar artır


Daxili İşlər Nazirliyinə Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən 2015-ci ildə Bakı şəhərində daimi yaşamaq üçün 5463 nəfər gələn, 5562 nəfər isə gedən qeydə alınıb.

Bakı şəhər Statistika İdarəsindən AzVision.az-a verilən məlumata görə, 2016-cı il yanvar ayının 1-i vəziyyətinə Bakı şəhərinin əhalisinin sayı 2225,8 min nəfər olub. Hazırda şəhərdə əhalinin sıxlığı bir kvadrat kilometrə 1040 nəfər təşkil edir. Ötən il Bakı şəhərində 34,2 min doğulmuş körpə qeydə alınıb. İl ərzində 12,5 min ölüm halı baş verib.

2014-cü il ilə müqayisədə əhalinin hər 1000 nəfərinə doğulanların sayı 15,8-dən 15-ə, ölənlərin sayı isə 5,7-dən 5,6-ya enib.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən Bakı şəhərində 2015-ci ildə 16,7 min nikah və 4,2 min boşanma qeydə alınıb ki, buda əvvəlki il ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 8,8-dən 7,6-ya enib, boşanmaların sayı isə eyni qalıb(1,9).



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
880 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...